BURADA REKLAMINIZ OLA
BİLƏR

Yeni il gecəsi avtobuslar səhərədək işləyəcək

Yeni il gecəsi Sumqayıt, Xırdalan və Masazıra işləyən avtobuslar səhərədək fəaliyyət göstərəcək.

 

Pravda.az-ın xəbərinə görə, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarovanın verdiyi məlumata görə, dekabrın 31-i gecə 23:00-dan yanvarın 1-i səhər saat 06:00-a qədər 501, 502, 503, 592, 596, 533, 553, 525 saylı hər marşrut xəttinə uyğun ehtiyata bir avtobus sərnişinlərə xidmət edəcək: “Sərnişinlərdən xahiş edirik ki, hər hansı süni qiymət artımı ilə qarşılaşacaqları təqdirdə 012-566-52-58 qaynar xəttinə zəng edib məlumat versinlər”.

 

Onun sözlərinə görə, dekabrın 31-i gecə 23:00-dan yanvarın 1-i səhər saat 06:00-a qədər 501, 502, 503, 592, 596, 533, 553, 525 saylı marşrut xətlərinin hər birinə aid 1 avtobus sərnişinlərə xidmət edəcək.

 

Tarix: 30 Dekabr 2019, 19:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin