BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiya Qarabağa xilasedicilər qrupu göndərdi

Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) Qarabağda humanitar missiyanın yerinə yetirilməsi üçün pirotexnika, kinoloqlar və psixoloqlar göndərib.

 

Bu barədə “TASS”a qurumun mətbuat xidmətindən məlumat verilib.

 

“Dekabrın 6-da Rusiyanın Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi Moskvadan əlavə xilasedicilər qrupu ilə uçub. Toplu qruplaşma “Lider” Mərkəzinin kinoloqlarından, pirotexnika və dağ-mədən işçilərindən, rabitəçilərdən, Noginsk Xilasetmə Mərkəzinin mütəxəssislərindən, həmçinin psixoloqlardan formalaşdırılıb”, - FHN-in nümayəndəsi deyib.

 

Təyyarənin göyərtəsində Rusiyanın Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərinin Qarabağda fəaliyyət göstərmələri üçün zəruri avadanlıq və üç sərnişin avtobusu da var.

Tarix: 6 Dekabr 2020, 11:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin