BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda Zəfər Günü iş olmayacaq

Azərbaycan Respublikasında Zəfər Günü ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilir.

 

Pravda.az-ın məlumatına görə, bu barədə qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sabah videkonfrans formatında keçiriləcək iclasının gündəliyinə daxil edilib.

 

Əmək Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, hər il noyabrın 8-i Zəfər Günü olacaq.

 

Zəfər Günü iş günü hesab olunmayan bayram günlərinə aid ediləcək.

 

Qeyd edək ki, qanun layihəsi Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2 dekabr 2020-ci il tarixli sərəncamından irəli gəlir.

 

Tarix: 6 Dekabr 2020, 19:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin