BURADA REKLAMINIZ OLA
BİLƏR

Avtomobil dərəyə aşdı, 8 nəfər yaralandı

Tovuz rayonunda avtomobil dərəyə aşıb.

 

Pravda.az-ın xəbərinə görə, hadisə rayonun Kirən kənd ərazisində qeydə alınıb.

 

Hərəkətdə olan UAZ markalı avtomobilin idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində 8 nəfərin xəsarət aldığı bildirilir. Xəsarət alanlar Tovuz rayon sakinləri - 1972-ci il təvəllüdlü Aynur Cavanşır qızı İmamverdiyeva, 1973-cü il təvəllüdlü Azad Bayram oğlu İmamverdiyev, 1982-ci il təvəllüdlü Gülanə Azad qızı İmamverdiyeva, 1982-ci il təvəllüdlü Gülxoş Eldar qızı Yusibova, 1980-ci il təvəllüdlü Lalə Əhməd qızı İmamverdiyeva, 2001-ci il təvəllüdlü Azər Qısmət oğlu İmamverdiyev və 1973-cü il təvəllüdlü Azər Bayram oğlu İmamverdiyevdir. Qəzada daha bir nəfərin isə yüngül xəsarət aldığı bildirilir. Yaralılar xəstəxanaya aparılıb. Faktla bağlı araşdırmalara başlanılıb.Report

Tarix: 30 Dekabr 2019, 21:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin