BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident bu şəxslərə “general-mayor” ali hərbi rütbəsi verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

 

Pravda.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib:

 

polkovnik Ağamir Əzizxan oğlu Sultanova

 

polkovnik Anar Təvəkkül oğlu Kərimova

 

polkovnik Namiq Sərəfruz oğlu İslamzadəyə

 

polkovnik Zaur Sabir oğlu Məmmədova.

Tarix: 7 Dekabr 2020, 15:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin