BURADA REKLAMINIZ OLA
BİLƏR

“İstər-istəməz efirə çıxanda bəzənməlisən, amma...”

“Bütün həyatımı demək olar ki, Qarabağ problemləri ilə yaşadım. 1986-cı ilə musiqi məktəbini qurtardıqdan sonra Konseravtoriyaya daxil oldum və 1988-ci ildə Qarabağ hadisələri başladı”

 

Bunu Əməkdar artist Nüşabə Ələsgərli deyib. Müğənni bu haqda ürək ağrısıyla danışıb:

 

“Bütün həyatımı demək olar ki, Qarabağ problemləri ilə yaşadım. 1986-cı ilə musiqi məktəbini qurtardıqdan sonra Konseravtoriyaya daxil oldum və 1988-ci ildə Qarabağ hadisələri başladı. Biz Sumqayıtda yaşadığımız üçün Sumqayıt hadisələri gözümün qabağında olub. Sonra meydan hadisələri oldu və biz tələbələr də meydandaydıq. Filarmoniyaya işə girəndən sonra məşq vaxtımızda hər gün 10-15 şəhidimizin cənazəsi Şəhidlər Xiyabanına gətirilirdi. Elə Şəhidlər Xiyabanı da o illərdə yarandı. Yəni mənim gözümün qabağında yeni bir Şəhidlər Xiyabanı yarandı. Ondan sonra vətəndaş müharibəsi, dövlət çevrilişi etdilər. Daha sonra Gəncə hadisələri baş verdi. Bir sözlə, bunların hamısını yaşamışam. Nə yaxşı ki, rəhmətlik Heydər Əliyev hakimiyyətə gəldi və bu özbaşınalığın qarşısını aldı. Bu gün həmin hadisələri Ermənistan yaşayır və bundan da betər yaşasınlar".

 

Müğəni Qarabağ döyüşlərində qohum-əqrəbasının da döyüşdüyünü bildirib:

 

“Bir çox qohum-əqrəbam döyüşdə idi. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Onların hamısı bizim qardaşlarımızdır. Şəhid analarının qarşısında baş əyirəm. Ölkə başçısının dediyi kimi belə övlad böyütdükləri üçün çox sağ olsunlar, onların əllərindən öpürəm”.

 

Əməkdar artist o illəri xatırlayaraq uşaqkən Kəlbəcərdə tədbirdə olduğunu deyib:

 

“1978-ci ildə uşaq olanda Kəlbəcərdə Aşıq Şəmşirin 85 illik yubileyində iştirak etmişəm. Hətta Ağdaban kəndində də olmuşam və bilirsiniz ki, ermənilər 1992-ci il aprelin 8-də orda soyqırım törətmişdilər. Bütün bunları mən yaşamışam”.

 

N.Ələsgərli qələbəmizə görə qürur hissi keçirdiyini bildirib:

 

“Bu gün qələbəmizə görə təsəvvür etməyəcəyiniz dərəcədə qürur hissi keçirirəm. Amma təbii ki, azadlıq asan əldə olunmur. Qələbə şəhidlərimizsiz olmayacaqdı. Ona görə də bir gözümüz ağlayır, bir gözümüz gülür. Buna görə efirlərimizə də çıxa bilmirəm. İstər-istəməz efirə çıxanda bəzənməlisən, amma buna əlim qalxmır. Adamın əzizi rəhmətə gedəndə necə olar? Bax o təəssüratı yaşayırıq. Mən sizin timsalınızda son olaraq vətənpərvər  jurnalistlərimizə dərin təşəkkürümü bildirirəm”.Moderator

 

Tarix: 7 Dekabr 2020, 17:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin