BURADA REKLAMINIZ OLA
BİLƏR

"Xalam oğlu Ağdərədə əsir düşüb" - Mətanət İsgəndərli

Əməkdar artist Mətanət İsgəndərli ailəsi ilə bağlı etiraf edib.

 

Pravda.az xəbər verir ki, müğənni "Ay Zaur" proqramında qonaq olarkən xalası oğlunun 28 il əvvəl Qarabağ müharibəsində əsir düşdüyünü deyib:

 

"Atamın bibisinin nəvəsi Həsənov Vurğun ikinci Qarabağ müharibəsində şəhid oldu. Bir də mənim xalam oğlu, 1992-ci ildə Ağdərədə itkin düşüb. Onda 18 yaşı var idi. Tamara xalam hələ də onun yolunu gözləyir. 2 ay idi əsgər getmişdi. Deyirik, bəlkə indi ondan xəbər çıxa. Natiq Əhmədov, bəlkə izinə düşdük. Amma öldüyündən, əsir olduğundan xəbərsizik".Axşam.az

Tarix: 8 Dekabr 2020, 00:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin