BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakı metrosunun stansiyalarından biri “8 noyabr” adlanacaq - RƏSMİ

Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Bakı Metropoliteninin yeni stansiyasına Zəfər günü münasibətilə “8 noyabr” adı verilməsi təşəbbüsü ilə çıxış edib.

 

Pravda.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin bununla bağlı Qərarında deyilir:

 

“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsünə əsasən Bakı Metropoliteninin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə ünvanında yerləşən yeni stansiyası “8 Noyabr” adlandırılsın”.

Tarix: 8 Dekabr 2020, 11:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin