BURADA REKLAMINIZ OLA
BİLƏR

“YAŞAT” Fondunun Himayəçilik Şurasının ilk iclası keçirildi

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondunun Himayəçilik Şurasının onlayn formada ilk iclası keçirilib.

 

Pravda.az xəbər verir ki, bu barədə "ASAN" Xidmət məlumat yayıb.

 

Məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış “YAŞAT” Fondunun fəaliyyət istiqamətləri barədə məlumat verib. Həmçinin Fondun gələcək hədəflərindən söz açılıb.

 

Himayəçilik Şurasının üzvləri də öz növbəsində cari məsələlər və təkliflərini diqqətə çatdırıblar.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Fondun vəsaitinin sərəncamçısı müəyyən edilib.

 

Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti Azərbaycan Respublikası Prezidentinin yaratdığı Himayəçilik Şurası həyata keçirir.

 

 Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “YAŞAT” Fondunun Himayəçilik Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

 

Abdullayev Çingiz Akif oğlu

 

Alızadə Sevinc Əsgərxan qızı

 

Aslanov Novruzəli Davud oğlu

 

Aşina Məsud

 

İbrahimov Mənsum İsrafil oğlu

 

İsgəndərov Anar Camal oğlu

 

Qasımov Balakişi Ələkbər oğlu

 

Novruzov Cahangir Mütəllib oğlu

 

Ramaldanov Şair Ramaldan oğlu

 

Səfərəliyeva Rəna Teymur qızı

 

Zəkiyev İlham Əzizağa oğlu.

Tarix: 9 Dekabr 2020, 10:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin