BURADA REKLAMINIZ OLA
BİLƏR

Kürdəmirdə küçəni zibilliyə çevirdilər - VİDEO

Kürdəmir rayonunun Məşədi Əzizbəyov küçəsindəki mənzərə zibil poliqonunu xatırladır.

 

Pravda.az-ın xəbərinə görə, küçədə zibil qutuları yoxdur. Sakinlər bildirir ki, əvvəllər bu ərazidə zibil qutuları olub. Amma uzun müddətdir, qutular küçədən götürülüb.

 

Hər gün yüzlərlə sakin və uşaqların hərəkət etdiyi bu küçədə, artıq it və vəhşi heyvanlar yuva qurub.

 

Kürdəmir rayon Kommunal Müəssisələr kombinatının əməkdaşı Sübadə Gülməmmədovanın sözlərinə görə, sözügedən küçəyə əvvəllər zibil qutuları qoyulsa da, sakinlər tullantıları qutuda yandırıb. Bu da qutuları yararsız vəziyyətə salıb. Ancaq tezliklə həmin ərazi təmizlənəcək və qutular bərpa olunacaq.

 

Tarix: 31 Dekabr 2019, 01:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin