Ötən həftənin son günləri gündəmin əsas mövzusu hakim Yeni Azərbaycan Partiyasının 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı namizədlərini açıqlaması oldu. YAP 123 dairə üzrə iddiaçı irəli sürdü ki, onların hər biri geniş müzakirələr doğurdu.
Xüsusilə gənclərin, yaxud gənclik yaşını çox da uzun zamandır keçməyən isimlərin siyahıda yer almaları diqqətlərdən yayınmadı. Siyahıya müsbət baxışlar kifayət qədər üstünlük təşkil etsə də, tənqidi yöndən məsələyə yanaşanlar da az deyil. Xüsusilə müxalif camiə YAP siyahısını daha çox tənqid edir, irad bildirir. Onlar hesab edirlər ki, siyahıda o qədər də ciddi dəyişiklik yoxdur. Bu düşərgənin əsas irəli sürdüyü fikirlərdən biri də odur ki, siyahıdakı yeni isimlər əvəzlədikləri yaşlılardan düşüncə tərzi ilə fərqlənmirlər.
YAP-ın V Çağırış üzrə Milli Məclisdəki deputatı, yeni siyahıya növbəti dəfə adı salınan Elman Nəsirov “Yeni Müsavat”a müxalifətin dediklərinə bu cür reaksiya verdi: “Müxalifət hər zaman hər şeydən narazı olub. Onların razı olduqları günü görməmişəm. İndi də seçkiöncəsi narazılıqlarını bildirir, Yeni Azərbaycan Partiyasının siyahısına etiraz edirlər. Dövlət başçısı, partiyamızın sədri cənab İlham Əliyev qeyd etmişdi ki, biz təcrübə ilə müasirlik arasında vəhdəti qoruyub saxlayırıq. Yəni burada təcrübəli insanlar da olmalıdır, gənclər də irəli çəkilməlidir. Eyni prinsip Yeni Azərbaycan Partiyasının namizədlərinin siyahısı müəyyən edilərkən tətbiq olunub. Burada siz xeyli sayda gəncləri görəcəksiniz. Partiyanın siyahısında bu açıq şəkildə görünür. Müxalifətin öz günahıdır ki, bu və ya digər məsələlərlə bağlı heç bir ortaq mövqeləri yoxdur. Bu düşərgənin böyük qismi seçkilərə qatılır. Düz də edirlər. Çünki güclərini sınayacaqlar, xalqın onlara nə dərəcədə etimadının olduğunu görəcəklər. Demokratik, azad və şəffaf seçkilərdə iştirak edib, öz potensiallarına uyğun yer qazanacaqlar. Milli Şura kimi məhdud radikal siyasi qruplaşmalar seçkiləri boykot etdiklərini bəyan ediblər. Hesab edirəm ki, onlar boykot sözünü seçkilərə münasibətdə deyil, özlərinə qarşı işlətsələr daha yaxşıdır. Xalq onları çoxdan boykot edib. Ona görə bu gün müxalifətin sıralarında belə bir yanaşmaların şahidiyik. Müxalifət bundan imtina etməlidir, seçkilərə ciddi şəkildə hazırlaşmalıdır. Platforma hazırlamalıdır. Seçicini inandırmalıdırlar ki, onların öz platformaları var. Siyasi baxışlarını formalaşdırmalıdırlar. Amma bütün işlərini iqtidarı tənqid etməyə yönəldirlərsə, deyim ki, heç nəyə nail ola bilməyəcəklər və bundan sonra da bu belə olacaq”.
Deputat müxalifətin YAP siyahısına yönəlik düşüncə tərzinin dəyişmədiyi barədə tənqidlərinə də münasibət bildirdi: “Bu fikirlərlə özləri-özlərini ittiham, inkar edirlər. Bəzən yazırlar ki, yeni namizədləri yaxşı tanımırıq, onların hansı düşüncəyə sahib olduqlarını bilmirik. Bir yandan da tanımaya-tanımaya onları ittiham edirlər. Əvvəla, o gənclər irəli sürülür ki, onların potensialları var, elmli, savadlı, vətənpərvərdirlər. Ən əsası, dövlətə bağlı gənclərdir. Yeni Azərbaycan Partiyasının öz siyasi xətti, kursu var. Bu partiyanı ulu öndərimiz Heydər Əliyev yaradıb. Azərbaycançılıq ideologiyasi dövlətimizin əsas ideoloji xəttidir və partiyamız da buna istinad edir. İdeoloji xətt eynidir, dəyişməzdir. Hər kəs bunu bu şəkildə də qəbul etməlidir. Müxalifət dedikləri suyu bulandırmaqdan başqa bir şey deyil. Onlar bu günləri ilk növbədə, başqa şey üzərində düşünməlidirlər. «Necə edək ki, seçkilərdə xalqın etimadını qazanaq» sualı üzərində baş sındırmalıdırlar. Yaxud hansı mövqedən çıxış edək ki, xalq üçün cəlbedici olsun kimi sualları da özlərinə ünvanlamalıdırlar. Bütün bunları kənara qoyub keçmiş deputatları, yaxud indiki namizədləri ittiham edirlər. Əsassız yanaşmalar irəli sürürlər. Bütün bu ittihamları kənara qoyub, ilk növbədə, bu seçkilərə ciddi hazırlaşmalıdırlar. Onların əsas məsələsi bu olmalıdır. Amma görünən odur ki, əslində onların özləri köhnə düşüncənin daşıyıcısıdırlar. O düşüncə ki, onları hər zaman məğlubiyyətə aparıb. İndi də eyni yolu seçiblər. Belə çıxır ki, indidən öz məğlubiyyətlərini labüd hesab edirlər”.
E.Nəsirov hakim partiyanın siyahısında gənclərin olmasının problem yaratmayacağını düşünür: “Onların içərisində kifayət qədər tanınanlar da var. Məsələ ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyası 125 yerə 123 namizəd irəli sürüb. Bu gün seçkilərdə çoxsaylı partiyalar iştirak edir. Müstəqil namizədlər də kifayət qədər çoxdur. Təbii ki, belə olan təqdirdə Yeni Azərbaycan Partiyasının bütün namizədlərinin qalib gələcəyinə inanmaq olmaz. Burada əsas məsələ ən güclülərin qalib gəlməsidir. O məntiqlə yanaşsaq ki, Yeni Azərbaycan Partiyasının bütün namizədləri güclüdür, o zaman bütün deputatlar hakim partiyadan olar. Bu da mümkünsüzdür. Partiyalar öz namizədlərini irəli sürüblər. Bu majoritar seçki sistemidir. Sistemin qaydalarına görə, hər bir deputatlığa namizədin bir seçki dairəsindən namizədliyi irəli sürülür. Partiyalar namizədlərinə dəstək verir. Amma hər bir namizədin özünün mübarizə apardığını və qalib gəlmək istəyini unutmaq olmaz. Yeni Azərbaycan Partiyasının 70, 71 namizədinin qalib gəldiyi seçki olub. Digər namizədlərimiz onun üçün qalib gələ bilməmişdilər ki, rəqib partiyanın iddiaçıları, o cümlədən müstəqil namizədlər daha güclü olublar. Budəfəki seçkilərdə də güclülər qalib gələcək”.
17 Oktyabr 13:29
17 Oktyabr 13:04
17 Oktyabr 13:01
17 Oktyabr 12:54
17 Oktyabr 12:38
17 Oktyabr 12:36
17 Oktyabr 11:33
17 Oktyabr 11:27
17 Oktyabr 11:26
17 Oktyabr 11:22
17 Oktyabr 11:20
17 Oktyabr 11:18
17 Oktyabr 11:16
17 Oktyabr 11:13
17 Oktyabr 11:09
17 Oktyabr 10:53
17 Oktyabr 10:15
17 Oktyabr 09:13
17 Oktyabr 09:08
17 Oktyabr 08:55
17 Oktyabr 08:53
17 Oktyabr 04:11
16 Oktyabr 22:27
16 Oktyabr 22:00
16 Oktyabr 21:56
16 Oktyabr 20:43
16 Oktyabr 20:28
16 Oktyabr 19:22
16 Oktyabr 19:00
16 Oktyabr 18:58
16 Oktyabr 18:31
16 Oktyabr 18:30
16 Oktyabr 18:28
16 Oktyabr 18:24
16 Oktyabr 18:23
16 Oktyabr 18:22
16 Oktyabr 18:21
16 Oktyabr 17:57
16 Oktyabr 17:54
16 Oktyabr 17:50
16 Oktyabr 17:46
16 Oktyabr 17:43
16 Oktyabr 17:36
16 Oktyabr 17:19
16 Oktyabr 17:14
16 Oktyabr 17:12
16 Oktyabr 17:02
16 Oktyabr 17:01
16 Oktyabr 16:50
16 Oktyabr 16:43
16 Oktyabr 16:32
16 Oktyabr 16:29
16 Oktyabr 16:23
16 Oktyabr 16:17
16 Oktyabr 16:15
16 Oktyabr 16:13
16 Oktyabr 16:08
16 Oktyabr 15:57
16 Oktyabr 15:55
16 Oktyabr 15:47
16 Oktyabr 15:45
16 Oktyabr 15:37
16 Oktyabr 15:30
16 Oktyabr 15:29
16 Oktyabr 15:21
16 Oktyabr 15:18
16 Oktyabr 15:05
16 Oktyabr 15:02
16 Oktyabr 14:55
16 Oktyabr 14:49
16 Oktyabr 14:45
16 Oktyabr 14:41
16 Oktyabr 14:27
16 Oktyabr 14:20
16 Oktyabr 14:19
16 Oktyabr 14:17
16 Oktyabr 14:11
16 Oktyabr 14:03
16 Oktyabr 13:54
16 Oktyabr 13:38
16 Oktyabr 13:30
16 Oktyabr 13:19
16 Oktyabr 13:14
16 Oktyabr 13:12
16 Oktyabr 13:09
16 Oktyabr 13:08
16 Oktyabr 12:59
16 Oktyabr 12:58
16 Oktyabr 12:54
16 Oktyabr 12:52
16 Oktyabr 12:48
16 Oktyabr 12:45
16 Oktyabr 12:41
16 Oktyabr 12:32
16 Oktyabr 12:27
16 Oktyabr 12:21
16 Oktyabr 12:12
16 Oktyabr 12:11
16 Oktyabr 12:10
16 Oktyabr 12:06
16 Oktyabr 12:04
16 Oktyabr 12:00
16 Oktyabr 11:48
16 Oktyabr 11:44
16 Oktyabr 11:42
16 Oktyabr 11:41
16 Oktyabr 11:38
16 Oktyabr 11:35
16 Oktyabr 11:35
16 Oktyabr 11:32
16 Oktyabr 11:31
16 Oktyabr 11:29
16 Oktyabr 11:27
16 Oktyabr 11:26
16 Oktyabr 11:23
16 Oktyabr 11:21
16 Oktyabr 11:21
16 Oktyabr 11:18
16 Oktyabr 11:13
16 Oktyabr 11:12
16 Oktyabr 11:09
16 Oktyabr 11:07
16 Oktyabr 11:01
16 Oktyabr 10:59
16 Oktyabr 10:49
16 Oktyabr 10:42
16 Oktyabr 10:35
16 Oktyabr 10:25
16 Oktyabr 10:18
16 Oktyabr 10:14
16 Oktyabr 10:08
16 Oktyabr 10:07
16 Oktyabr 09:48
16 Oktyabr 09:38
16 Oktyabr 09:32
16 Oktyabr 09:22
16 Oktyabr 09:20
16 Oktyabr 09:17
16 Oktyabr 09:12
16 Oktyabr 09:06
16 Oktyabr 08:50
16 Oktyabr 08:47
16 Oktyabr 08:45
16 Oktyabr 08:38
16 Oktyabr 08:28
16 Oktyabr 08:25
16 Oktyabr 07:55
16 Oktyabr 07:50
16 Oktyabr 07:48
16 Oktyabr 06:42
Ən son xəbərləri səhifəmizdən də izləyin