BURADA REKLAMINIZ OLA
BİLƏR

Nişan mərasimi keçirmək istəyən şəxslər cərimələndi

Qaradağ rayonunda karantin qaydalarını pozaraq nişan mərasimi etmək istəyən şəxslər cərimələniblər.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 38-ci Polis Bölməsi (PB) əməkdaşları tərəfindən rayonun Korgöz qəsəbəsində karantin qaydalarını pozaraq nişan mərasimi keçirilməsinin qarşısı alınıb.

 

Mərasimin təşkilatçısı, Abşeron rayon sakini Elşən Verdiyev və nişan zamanı orada olan 15 nəfər barəsində inzibati protokol tərtib olunub. Onların hər biri 200 manat cərimə ediliblər.

Fotoları təqdim edirik
Tarix: 9 Dekabr 2020, 19:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin