BURADA REKLAMINIZ OLA
BİLƏR

NANT şirkətinin daha bir məhsulu xarab çıxdı - FOTO

Bazarstore mağazalar şəbəkəsinin Gənclik filialından alınan şirniyyat xarab çıxıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

 

Bildirilib ki, NANT MMC-nin tədarük etdiyi şirniyyat (Kurasan) kifli olmasına baxmayaraq satışdan çıxarılmayıb.

 

Qeyd olunub ki, məhsulun 13.02.2020 tarixinə kimi istehlak müddəti var.

 

Xatırlatma: Araz supermarketlər şəbəkəsinin Bakının Binəqədi rayonu, Rəsulzadə qəsəbəsindəki mağazasından alınan “Konti” konfetinin içindən qurd çıxıb. Həmin konfetin də tədarükçüsü NANT MMC-dir. http://pravda.az/news/3119

Fotoları təqdim edirik
Tarix: 31 Dekabr 2019, 10:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin