BURADA REKLAMINIZ OLA
BİLƏR

İlqar Məmmədov sərtləşdirilmiş karantin rejimi ilə bağlı qərara etiraz etdi: “O qədər saxtadır ki...”

“Bizi SMS, küçədə maska və digər sərt tədbirlərin yanlış olduğunu düşünməyə yönəldən çox sayda fakt göz qabağında. Avropada əhalisi 8-12 milyon arasında olan 11 ölkə var. Orda payız-qış mövsümündəki ənənəvi artım dövründə koronavirusa aid edilən gündəlik ölüm sayına baxaq. Ölkələrin səkkizində hər gün daha çox adam ölür, nəinki Azərbaycanda. İkisində bu rəqəm daha azdır: İsveç və Belarusda. Yəni sərt karantin rejiminə heç vaxt keçməmiş həmin o iki ölkədə...”

 

Pravda.az-ın xəbərinə görə, bunu ReAl Partiyanın sədri İlqar Məmmədov deyib.

 

“Müqayisə lap ədalətli olsun deyə: Hal-hazırda xəstə sayı da altı ölkədə Azərbaycandakıdan çoxdur, birində eynidir, ikisində isə Azərbaycandakından daha azdır. Bütün bunların fonunda, Azərbaycan 3 gün sonra karantin rejimini daha da sərtləşdirmək istəyir. Siyasi səbəbdən başqa bunun səbəbi görünmür. Ya da (həm də), Azərbaycanın rəsmi rəqəmləri o qədər saxtadır ki, onlar üzərində vəziyyətə uyğun siyasət yeritmək heç mümkün də deyil” – ReAl Partiyanın sədri qeyd edib.

Fotoları təqdim edirik
Tarix: 10 Dekabr 2020, 18:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin