BURADA REKLAMINIZ OLA
BİLƏR

Salyanda gənc kürəyindən bıçaqlandı

Salyan rayonunda 29 yaşlı gənc kəsilmiş-deşilmiş yara ilə xəstəxanaya yerləşdirilib.

 

Pravda.az-ın xəbərinə görə, hadisə ötən gün axşam saatlarında rayonun Arbatan kəndində baş verib.

 

Kənd sakini, 1990-cı il təvəllüdlü İbrahimov İntiqam Qabil oğlu sol kürək nahiyyəsinin kəsilmiş-deşilmiş yarası ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və üzərində cərrahiyyə əməliyyatı aparılıb. Onun bildirdiyinə görə, ayağı ilişərək yıxılıb və xəsarət alıb. Digər ehtimala görə, İ.İbrahimovun bıçaqlandığı bildirilir. Faktla bağlı araşdırma aparılır.Report

Tarix: 31 Dekabr 2019, 13:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin