BURADA REKLAMINIZ OLA
BİLƏR

2020-ci ilin ilk gününün hava proqnozu açıqlandı - Duman olacaq

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Pravda.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.

 

Cənub küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  gecə 5-8° isti, gündüz  10-14° isti, Bakıda  gecə 5-7° isti, gündüz  11-13° isti olacaq.

 

Atmosfer  təzyiqi normadan yüksək 761 mm  civə sütunu təşkil edəcək. Nisbi rütubət  70-80% olacaq.  

 

Yanvarın 1-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin günün birinci yarısında Daşkəsən-Gədəbəy zonasında yağıntılı olacağı ehtimalı var.  Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu  gecə 2-7° isti, gündüz  9-14°  isti, dağlarda gecə 0-5° şaxta, gündüz  2-7° isti olacaq.

Tarix: 31 Dekabr 2019, 13:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin