BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan nömrəli avtomobil Zəngəzurda... - FOTO

Azərbaycan nömrəli avtomobil Gorus rayonunda peyda olub.

 

Pravda.az xəbər verir ki, bu haqda Ermənistanın “mediaport” teleqram kanalı yazıb.

 

Gorus ermənilərin Sünik dediyi Zəngəzur bölgəsində yerləşir. Ermənilər Azərbaycan hərbçilərinin tez-tez Zəngəzur bölgəsində göründüklərini deyirlər.

 

– Kornidzor kəndinin icra başçısının müavini Arkadi Xaçatryan Laçın azad edildikdən sonra 8 kilometr arxaya çəkildiklərini deyib;

 

– Tex (tarixi adı Dığ) kəndinin icma rəhbəri Narses Şadunt bildirib ki, azərbaycanlı hərbçilər kəndə gələrək, buranın Azərbaycana məxsus olduğunu bildiriblər;

 

– Aravus kəndinin icma rəhbəri Aqram Hovsepyan da 750 metr geri çəkilməyə məcbur olduqlarını bildirib.

 

Azərbaycan Ermənistanın işğal dövründə qeyri-qanuni pozduğu dövlət sərhədini xəritəyə uyğun olaraq, yenidən təşkil edir.

 

Konkret.az

Tarix: 11 Dekabr 2020, 23:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin