BURADA REKLAMINIZ OLA
BİLƏR

Hadrudda nə baş verir? - Azərbaycanın bir, düşmənin üç hərbçisi yaralandı

Erməni silahlı birləşmələrinin Hadrud istiqamətində törədiyi təxribat zamanı düşmənin üç hərbçisi yaralanıb.

 

Pravda.az-ın “Sputnik Armenia” agentliyinə istinadən verdiyi xəbər görə, erməni tərəfinin yaydığı məlumatda bildirilir ki, dekabrın 11-də saat 20.40 radələrində Hadrut ərazisində atışma olub.

 

Atışmada üç erməni hərbçi yaralanıb.

 

Qeyd edək ki, dünən erməni tərəfinin təxribat törətməsi nəticəsində Azərbaycanın bir hərbçisinin yaralanması barədə məlumat yayılıb.

 

Tarix: 12 Dekabr 2020, 12:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin