BURADA REKLAMINIZ OLA
BİLƏR

DTX əməkdaşları ümummilli liderin xatirəsini yad etdi

Müstəqil Azərbaycanın memarı və qurucusu ümummilli lider Heydər Əliyevin vəfatının 17-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və DTX-nin kollegiya üzvləri Fəxri xiyabana gələrək Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, bu mühüm dövlət təsisatında milliləşmə prosesinin banisi ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.

 

Pravda.az-ın xəbərinə görə, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb və məzarı üzərinə gül dəstəsi düzülüb.

Tarix: 12 Dekabr 2020, 12:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin