BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Biz gəncləşmədən danışırıq, Ramiz Mehdiyev isə acığa düşüb...”

Azərbaycan Milli Elmlər Akademiyasında kadr islahatları davam edir. AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru akademik Telman Əliyev vəzifəsindən azad olunaraq  AMEA-nın müşaviri təyin edilib. AMEA-nın müşaviri nə deməkdir? Hörmətli akademiklər! Şəxsin müşaviri olar, təşkilatın yox! Xatırladıram ki, Telman Əliyev Ramiz Mehdiyevdən 3 yaş böyükdür. Yəni 85 yaşı var. Müşavir institundansa niyə "Ağsaqqallar Şurası" yaratmırlar?”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Etibar Əliyev deyib.

 

“AMEA Rəyasət Heyətinin digər qəribə qərarı ilə akademik-katib, müxbir üzv Əminağa Sadıqov İdarəetmə Sistemləri İnstitutunun direktoru vəzifəsini icra edən təyin edilib. Əminağa müəllim koronavirusun tüğyan etdiyi vaxtda bu iki vəzifəni necə icra edəcək? Bu sualı akademikə verən olacaqmı? Qəribə təyinatlardan biri isə Qərib Məmmədovla bağlı olub. Qərib müəllim əvvəlki iş yerinə qaytarılıb. Onu Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsinə təyin ediblər. Qərib Məmmədov 1994-cü ildən 2000-ci ilə kimi bu İnstitutun direktoru işləyib. Hörmətli Qərib müəllimin isə 75 yaşı var. Biz AMEA-da gəncləşmədən danışırıq...O isə acığa düşüb...” – E.Əliyev bildirib.

Tarix: 12 Dekabr 2020, 13:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin