BURADA REKLAMINIZ OLA
BİLƏR

“Rus sülhməramlıları bu insidentlərin qarşını ala bilməyəcək"

Xəbər verdiyimiz kimi Hadrutda ermənilər Azərbaycan hərbçilərinə qarşı təxribat törədib. Nəticədə də bir əsgərimiz yaralanıb.

 

ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, nə qədər ki, Dağlıq Qarabağ ərazisində qanunsuz erməni silahlı qüvvələri var, bu insidentlər olacaq: “Rusiya sülhməramlıları da bu insidentlərin qarşını ala bilməyəcək. Çünki dekabrın 10-da imzalanmış bəynatda ordakı silahsızlaşdırma məsələsi nəzərdə tutulmayıb. Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidirsə, orada hər hansı bir erməni silahlı qüvvələri ola və yaxud da saxlanıla bilməz. Ermənilərin əlində silah olduğu müddətcə bu cür insidentlər olacaq. Biz Azərbaycan dövləti olaraq ermənilərin silahsızlaşdırılması məsələsini qaldırmalıyıq”.

 

Partiya sədri vurğulayıb ki, Türkiyə sülhməramlılarının Qarabağda olması vacibdir: “Əgər olmasa, qəbul edilmiş bəyanatın icrasına nəzarət etmək çətinləşəcək. Biz əvvəlcdən demişdik ki, Qarabağ ərazisindən kənarda müşahidə məntəqələrinin yaradılmasının heç bir mənası və effekti yoxdur. Hadrutda baş verən təxribat da bunu bir daha sübut etdi. Düşünürəm ki, Türkiyə sülhməramlılarının Qarabağda olması vacibdir. Ordumuz da ayıq-sayıq olmalıdır. Çünki ermənilərdən hər cür şərəfsizlik gözləmək olar”.Konkret.az

Tarix: 12 Dekabr 2020, 13:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin