BURADA REKLAMINIZ OLA
BİLƏR

Ermənistanın müdafiə naziri Rusiyaya getdi

Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan işgüzar səfərlə Rusiyaya yola düşüb. Bu, yeni təyin olunmuş müdafiə nazirinin Rusiyaya ilk səfəridir.

 

Pravda.az-ın məlumatına görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin açılmasında deyilir.

 

Qeyd olunur ki, nazirin bir sıra rəsmi görüşləri planlaşdırılır. Moskvada o, Rusiyanın müdafiə naziri general Sergey Şoyqu və digər yüksək səviyyəli rəsmilərlə görüşəcək.

 

Xatırladaq ki, Ermənistan prezidenti noyabrın 20-də David Tonoyanın ölkənin müdafiə naziri vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb. Onu Vaqarşak Arutyunyan əvəzləyib.

Tarix: 12 Dekabr 2020, 17:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin