Reklam

“Azərbaycanın böyük dostu COVID-19-dan vəfat edib” – Prezidentin köməkçisi

“Bu gün təəssüf hissi ilə Azərbaycanın böyük dostu və ədaləti hər zaman dəstəkləyən peşəkar jurnalist, “Aljazeera Arabic”in əməkdaşı Ömər Kaşramın COVID-19-dan vəfat etdiyini eşitdim”.

 

Pravda.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitter hesabında yazıb.

 

“Ömər 2016-cı ilin Aprel müharibəsində, eyni zamanda 2020-ci ilin 44 günlük müharibəsində də Azərbaycanla olub”, - deyə H.Hacıyev bildirib.

Tarix: 13 Dekabr 2020, 08:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin