BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabiq Baş Nazir: “İsa Qəmbərin dostu ünvanıma çaqqal kimi ulayırdı...”

“Dost və xoşniyyətli olmadıqları bəlli olan bir neçə nəfər zəng vurub "müjdələyiblər" ki, Əli Kərimlinin müşavirlərindən biri sənə satirik "şeir" yazıb, xəbərin var, gözün aydın! Mən onları boş verib sovuşdurdum”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan sabiq Baş Naziri, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn deyib.

 

“Dəqiqləşdirdim. Onsuz da İsa Qəmbərin bir Ramiz Yunus adlı dostu var, həftə səkkiz, o doqquz ünvanıma çaqqal kimi ulayır, indi də olsun Əli Kərimlinin zurnaçılarından biri nə çalır çalsın... Mən hazırda "AXC-Musavat cütlüyünə" qarşı konsertlər ifa edən YAP orkestri ilə mübarizədə məşğulam...” – P.Hüseyn qeyd edib.

Tarix: 31 Dekabr 2019, 17:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin