BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda svetoforların vaxt planlanmasında dəyişiklik edildi

Bakı Nəqliyyat Agentliyi (BNA) bayram gecəsi xüsusi rejimdə işini davam etdirir.

 

Pravda.az-ın xəbərinə görə, Agentliyin Mətbuat katibi Mais Ağayev deyib ki, Dənizkənarı Milli Parkda keçiriləcək atəşfəşanlıq və bayram şənlikləri ilə əlaqədar şəhər mərkəzi istiqamətində nəqliyyat axını müşahidə olunur.

 

Lakin hazırda şəhər yollarında sıxlıq müşahidə olunmur. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən mərkəzi küçələrdə svetoforların vaxt planlanmasında dəyişiklik edilib.

 

Həmçinin müntəzəm marşrut xətlərinin hərəkətinə və qanunsuz parklanma hallarına qarşı nəzarət artırılıb.

Tarix: 31 Dekabr 2019, 18:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin