BURADA REKLAMINIZ OLA
BİLƏR

Şamaxının bu kəndində ermənilər yaşadığından adı erməniləşdirilib

Tahir Kərimli Saqiyan kəndinin adının dəyişdirilməsinə qəti etiraz edib

 

Pravda.az xəbər verir ki,  parlamentin bu gün keçirilən iclasında Şamaxı rayonun Saqiyan kəndinin adının dəyişdirilməsi məsələsi müzakirə olunub.

 

Deputat Tahir Kərimli bu layihənin əleyhinə çıxış edərək bildirib ki, Saqiyan heç də erməni mənşəli söz deyil: "Ona görə də buna qəti etiraz edirəm. Hətta kənd sakinləri də adın dəyişdirilməsinə etiraz edir. Çünki ora ermənilərin köçməsi heç də uzaq tarixə malik deyil".

 

Məsələyə reaksiya verən Toponomiya komisiyasının üzvü İsa Həbibbəyli bildirib ki, bu kəndin nə qədim saklara, nə sufi saqilərinə heç bir aidiyyatı yoxdur. Bu kənddə ermənilər yaşadığından adı erməniləşdirilib və Saqiyan adının dəyişdirilərək Günəşli qoyulması tamamilə qanunauyğundur".

 

Tarix: 15 Dekabr 2020, 11:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin