BURADA REKLAMINIZ OLA
BİLƏR

Dilqəm Əsgərov və Şahbaz Quliyevdən başqa, 12 hərbi əsir azad edilərək Bakıya gətirilib - SİYAHI

Erməni əsirliyindən və girovluğundan azad edilərək dekabrın 14-də Vətənə gətirilən şəxslərin kimliyi açıqlanıb.

 

Pravda.az-ın məlumatına görə, dünən ümumilikdə 14 nəfər əsir və girovluqdan azad edilib. 

 

Bunlar 2014-cü ildən girovluqda olan Əsgərov Dilgəm Qardaşxan oğlu və Quliyev Şahbaz Cəlal oğludur.

 

Onlardan başqa, sentyabrın 27-də başlayan Vətən müharibəsində əsir düşmüş 12 hərbçi də azad edilərək ölkəyə gətirilib.

 

Əsirlikdən azad edilənlər bunlardır:

 

1. Yolçuyev Nurəddin Bəxtiyar oğlu - 14.10.1988

 

2. Baxşəliyev Emin Zahir oğlu - 22.01.1988

 

3. Abdinov Yəhya Vüqar oğlu - 30.12.1999

 

4. Əlizadə Nurlan Mehman oğlu - 02.01.1992

 

5. Həmidov Nahid Yaşar oğlu - 05.01.1992

 

6. Əliyev Şərif Elsevər oğlu - 20.12.1995

 

7. Ələkbərov Ömər Teymur oğlu - 11.01.1985

 

8. Əliyev Anar Hidayət oğlu - 28.06.1992

 

9. Əhmədzadə Mobil İlqar oğlu - 22.04.1999

 

10. Vəliyev Vəliəhəd Şakir oğlu - 05.03.1998

 

11. Kərimov Bayram Yaşar oğlu - 03 02.1992

 

12. Musayev Amin Aliç oğlu - 04.07.1994

Tarix: 15 Dekabr 2020, 11:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin