BURADA REKLAMINIZ OLA
BİLƏR

SOCAR prezidentindən 600 nəfərə JEST

Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti, V çağırış Milli Məclisin deputatı Rövnəq Abdullayevin qərargahında seçicilərlə görüş keçirilib.

 

Pravda.az-ın xəbərinə görə, görüşdə iştirak edən aztəminatlı ailələrdən 600 nəfərinə xüsusi hazırlanmış bayram sovqatı verilib.

 

Qeyd: R.Abdullayev 2015-ci ildə 24 saylı Nizami birinci seçki dairəsindən deputat seçilib. Hakim Yeni Azərbaycan Partiyası 2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində SOCAR prezidentinin namizədliyini irəli sürməyib.

Fotoları təqdim edirik
Tarix: 31 Dekabr 2019, 21:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin