BURADA REKLAMINIZ OLA
BİLƏR

“İndi də vaksinlərlə bağlı inamsızlıq reaksiyaları görürük”

“COVİD-19 ortaya çıxanda bunun varlığına inanmayanlar var idi. Daha sonra ailəsində yoluxanlar olduqca bu xəstəliyi anlamağa başladılar”.

 

Pravda.az-ın məlumatına görə, bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev deyib.

 

O bildirib ki, indi də vaksinlərlə bağlı eyni reaksiyaları görürük: “Bizim orqanizmimizin yaşamasının təməl əsası immun sistemidir. İmmun sistemi yoxdursa, biz yaşaya bilmərik. İmmun sistemini qorumağın əsasında vaksinasiya durur. Vaksinlərin bəzisi virusu öldürür, bəzisi virusun üzərində olan və xəstəliyi əmələ gətirən spaykları məhv etmiş olur. Hansı yolla əldə edilirsə edilsin, vaksinin əsas hədəfi immun sistemini aktiv hala gətirməkdir”.

Tarix: 15 Dekabr 2020, 15:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin