BURADA REKLAMINIZ OLA
BİLƏR

Pikassonun 26 milyon dollarlıq rəsminə ziyan vuruldu

Londonda gənc Pablo Pikassonun (1881-1973) “Teyt” Müasir Qalereyasında nümayiş etdirilən və dəyəri 20 milyon funt sterlinq (26 milyon dollar) olan rəsm əsərinə ziyan vurub.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə BBC məlumat yayıb.

 

Qeyd olunub ki, hadisə şənbə günü baş verib. İddiaya əsasən 20 yaşlı Şakil Massi, 1944-cü ildə sənətçinin sevgilisi Dora Maarın canlandırdığı “Qadının büstü” adlı rəsm əsərini kəsib.

 

Artıq gənc sənət əsərinə ziyan vurmaqda ittiham edilərək saxlanılıb. Şakil Massi isə öz növbəsində ittihamları rədd edib.

 

Məhkəmə həmçinin Massini girov müqabilində sərbəst buraxmaqdan da imtina edib. Beləliklə, 30 yanvar tarixinə təyin edilən məhkəmə prosesində gənc barəsində həbs qətimkan tədbiri seçiləcək.

 

Rəsm əsəri isə ekspozisiyadan çıxarılıb, ona dəyən zərərin miqdarı müəyyənləşdirilir.Report

Tarix: 31 Dekabr 2019, 22:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin