BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiya Azərbaycanın bu müəssisələri ilə bağlı qadağanı götürdü

Rusiya dekabrın 17-dən etibarən Azərbaycanın daha dörd müəssisəsinin ölkəyə pomidor idxal etməsinə icazə verib.

Pravda.az-ın xəbərinə görə, bu barədə “Rosselxoznadzor” məlumat yayıb.

Məlumatda bildirilir ki, "Rosselxoznadzor” 17 dekabr 2020-ci il tarixdən etibarən Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti altında Azərbaycanın dörd müəssisəsinin Rusiya ərazisinə pomidor idxal etməsinə icazə verilməsini mümkün hesab edir.

Qeyd edək ki, “Rosselxoznadzor” dekabrın 16-dan Azərbaycanın Xızı rayonunda yerləşən “Aqroterm” müəssisəsinin Rusiyaya pomidor idxalına icazə verildiyini açıqlamışdı.

Tarix: 16 Dekabr 2020, 16:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin