BURADA REKLAMINIZ OLA
BİLƏR

“Sevdiklərimizi ya dar ağacında, ya da acından ölmüş görmək istəyirik”

"Sosial şəbəkələrdə Ramiz Rövşənə qarşı olan hörmətsizliklər yolverilməzdir".

 

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

 

“Buna qədər də məhz belə hörmətsizliklərə görə biz, tanınmış yazıçı və şairlərimizi cəmiyyətdən aralı saldıq, onları küsdürdük. Vaxtilə bu cür haqsızlıqların dahi Bəxtiyar Vahabzadəyə qarşı olduğunu və onun bu haqsızlıqları necə ağır keçirdiyini görmüşdüm. Biz zorla tanınmışları siyasətə qoşub onlardan hökmən tərəf tutmalarını tələb edirik, bizimlə bir olmayanda isə düşmənçilik edirik. Xalq olaraq çox maraqlı yanaşmamız var. Sevdiklərimizi ya dar ağacında, ya da acından ölmüş görmək istəyirik. Biz deyəni təkrarlamayanda da ağına - bozuna baxmadan təhqir edirik. Sonra çətinə düşəndə də yenə onlara müraciət edirik. Ən dəhşətlisi də odur ki, həyatda heç bir nailiyyətləri olmayanlar daha amansız olurlar, sanki şəxsi düşmənləri kimi davranırlar. Bizə vacib olanı onların yaratdıqları olmalıdır. Onsuz da bu ölkədə tanınmış siyasətçi, ictimai xadimlər həddindən artıq çoxdur. Hər kəs öz işi ilə məşğul olsa daha yaxşı olar. Bu gün hamımız birinci növbədə təhqirlə, tənqidin fərqini öyrənməli, işlətdiyimiz ifadələr şəxsimizə qarşı olsa necə qəbul edərik sualına cavab axtarmalı və bilməliyik ki, işlətdiyimiz ifadələr bizim tərbiyəmizin aynasıdır” – A.İsmayılov qeyd edib.

Tarix: 16 Dekabr 2020, 18:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin