BURADA REKLAMINIZ OLA
BİLƏR

Qarabağda erməni əsgər intihar etdi

 Dağlıq Qarabağda erməni hərbçi intihar edib.

 

Pravda.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

 

Məlumata görə, 15 dekabr saat 14:00-da Qarabağdakı döyüş mövqelərinin birində erməni hərbi hissələrindən birinin hərbi qulluqçusu əsgər Vahe Ovannesoviç Babayanın cəsədi aşkar olunub.

 

Əsgərin ölümü faktı ilə əlaqədar Ermənistan Cinayət Məcəlləsinin 360.1-ci (ehtiyatsızlıqdan hərbi qulluqçunun intihara məcbur edilməsi) maddəsi ilə cinayət işi başlanılıb. İlkin araşdırmalar aparılır.APA

Tarix: 16 Dekabr 2020, 23:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin