BURADA REKLAMINIZ OLA
BİLƏR

Müharibə iştirakçıları bu medallarla da təltif ediləcək - SİYAHI

Ötən gün Prezident İlham Əliyevin imzaladığı sərəncamlar əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir sıra hərbi qulluqçuları "Azərbaycan Bayrağı" ordeni, 3-cü dərəcəli "Rəşadət" ordeni, 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə və "Vətən uğrunda" medalı ilə təltif olundu. Təltif olunmalar bununla yekunlaşmır.

 

Pravda.az-ın xəbərinə görə, bundan sonra da döyüşlərdə iştirak etmiş hərbi qulluqçular əvvəlki orden və medallarla yanaşı, yeni təsis edilən medallarla da təltif olunacaqlar.

 

Qələbəyə görə yeni təsis edilən medalları təqdim edirik:

 

"Cəsur döyüşçü" medalı;

 

"Döyüşdə fərqlənməyə görə" medalı;

 

"Suqovuşanın azad olunmasına görə" medalı;

 

"Cəbrayılın azad olunmasına görə" medalı;

 

"Xocavəndin azad olunmasına görə" medalı;

 

"Füzulinin azad olunmasına görə" medalı;

 

"Zəngilanın azad olunmasına görə" medalı;

 

"Qubadlının azad olunmasına görə" medalı;

 

"Şuşanın azad olunmasına görə" medalı;

 

"Kəlbəcərin azad olunmasına görə" medalı;

 

"Ağdamın azad olunmasına görə" medalı;

 

"Laçının azad olunmasına görə" medalı;

 

"Vətən müharibəsi iştirakçısı" medalı;

 

"Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalı.

Tarix: 17 Dekabr 2020, 08:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin