BURADA REKLAMINIZ OLA
BİLƏR

Dövriyyəsi qadağan edilən informasiya məhsulları ilə bağlı YENİ TƏLƏB

Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssisələrində və ya həmin müəssisələrin sərhədindən yüz əlli metrdən az olan məsafədə yayılmasına yol verilməyəcək.

 

Pravda.az-ın xəbərinə görə, bu, “Təhsil haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

 

Qanunun bu tələbi 1 yanvar 2020-ci ildən qüvvəyə minir.

 

Qanuna əsasən, təhsil müəssisələrində uşaqların təhsil və tərbiyəsi üçün nəzərdə tutulan informasiya məhsullarının qiymətləndirilməsi “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının təhsil haqqında qanunvericiliyinə uyğun aparılacaq.

Tarix: 1 Yanvar 2020, 11:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin