BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda 8 Noyabr qeyri-iş günü olacaq

Azərbaycan Respublikasında Zəfər Günü ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilib.

 

Pravda.az-ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Dəyişikliyə əsasən, hər il noyabrın 8-i Zəfər Günü olacaq.

 

Zəfər Günü iş günü hesab olunmayan bayram günlərinə aid ediləcək.

 

Qeyd edək ki, qanun layihəsi Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 3 dekabr 2020-ci il tarixli sərəncamından irəli gəlir.

 

Qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.

 

Tarix: 18 Dekabr 2020, 11:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin