BURADA REKLAMINIZ OLA
BİLƏR

Sahibkarlara BƏD XƏBƏR

Bu ildən Azərbaycanda mülkiyyətinin dəyəri 1 milyon manatdan artıq olan mikro sahibkarlar əmlak vergisi verəcək.

 

Pravda.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə tətbiqi barədə fərman imzaladığı “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.

 

Qanunun 199.14-cü bəndinə əsasən mikro sahibkarlıq subyekti olan şəxslər əmlak vergisindən azaddırlar.

 

Bu il yanvarın 1-dən qüvvəyə minən dəyişikliyə əsasən, mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1 000 000 manatdan artıq olan şəxslər istisna olacaq və əmlak vergisi verəcəklər.

Tarix: 1 Yanvar 2020, 11:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin