Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Talış kəndi istiqamətindəki döyüşlərdə şəhid olan hərbçi Xəyal Aslanovun anasının təhqir olunması ilə bağlı iddialar barədə açıqlama verib.
O, hadisənin “Xəzər”, “Space”, “Real” telekanalları və Türkiyə televiziyalarının əməkdaşları, o cümlədən “CNN Türk”ün müxbiri Fulya Öztürkün gözü qarşısında baş verdiyini deyib:
“Müharibənin ilk günləri idi, mərmi Tərtərə yağış kimi yağırdı, biz də zirzəmi rejimində fəaliyyət göstərirdik. Əməkdaşlarımız gəldi ki, çöldə bir nəfər qadın bayrağı, dövlət atributlarını, rəhbər şəxsləri söyür, deyir “oğlumu öldürüblər”.
Çıxdım ki, ay ana, qadan alım, nədir, nə məsələdir? Qayıtdı ki, “oğlumu tələyə salıb öldürüblər”. Soruşdum ki, oğlun əsgərdir, 18 yaşlılarla gedib? Dedi, yox. Dedim, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətilə mən çağırmışam? Dedi, “yox, oğlum altı ildir ordudadır”. Dedim ki, əgər oğlun ordunu seçib, müqavilə bağlayıb, ordan maaş alıb könüllü xidmətə yollanıbsa, müharibədə ölə də bilər, yaralana da bilər, sağ qala da bilər.
Mənə dedi “bəs sənin oğlun niyə getmir?”. Cavab verdim ki, mənim oğlum 9-cu sinifdə oxuyur, çağırılanda o da gedəcək. Dedi, “sənin oğlun öləydi”. Mən də dedim ki, Allahın işidir, qismətində nə varsa, o da olacaq. Danışığımız bax beləcə olub”.
İcra başçısı deyib ki, bu məsələləri sosial şəbəkələrdə başqa cür qələmə verən, onu şişirdən parlament seçkiləri vaxtı Tərtərdən namizədliyini irəli sürmüş Tamella Qulamidir.
Müstəqim Məmmədov şəhidin yas mərasimində hələ iştirak etmədiyini deyib və bunun səbəbini də açıqlayıb:
“Doğrudur, həmin vaxt rəsmi olaraq, şəhidlərin yasında iştirak etməyə icazə verilmirdi. Çünki sürücümdə və köməkçimdə koronavirus testi pozitiv çıxmışdı deyə, mən də 2 həftəlik təcrid olundum, işə çıxmadım. Ona görə yasa getməmişəm. Şəhidin dəfni üçün nə lazımdırsa edilib, başdaşı ailənin istəyinə uyğun qara mərmərdən hazırlanıb.
Onu da qeyd edim ki, Xəyaldan başqa, 57 şəhidimiz vardı, amma heç birinin ailəsi bu cür hərəkət etmədi, hamı dedi “Vətən sağ olsun!”. Mən başa düşürəm, Xəyal evin bir oğlu olub, o ananın təhqirlərini də deyilməmiş sayıram. Dərdlidir, anadır. Etiraf edirəm ki, yasda evlərinə getməmişəm, amma bu da virusa görə idi. Digər şəhid ailələrində olmuşam. Bu yaxınlarda Xəyalgilə də gedəcəm. Yaralılarımızın, şəhidlərimizin ailələrində olmuşam. Əlimdən nə gəlibsə, kömək etmişəm. Bundan sonra da şəhid və yaralılarımızın problemləri fərdi şəkildə deyil, “YAŞAT” Fondunun dəstəyilə həll ediləcək”.Modern.az
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin