Sabiq Ekologiya və Təbii Sərvətlər Naziri Hüseynqulu Bağırov barəsində bəzi mətbuat orqanlarında gedən məlumatlarla bağlı ictimaiyyətin və həqiqət axtarışında olan kütləvi informasiya vasitələrinin diqqətinə çatdıraraq bildiririk ki, yayılan məlumatlar həqiqəti əks etdirməməklə yanaşı yalan və böhtan xarakterli olmaqla, onları yayan şəxs(lər)in məsuliyyətini də nəzərdə tutur.
Belə ki:
1. Bağı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə baxılan cinayət işinə (cinayət işi nömrə: 1(101)-384/2020; təqsirləndirilən İlqar Hacıyev, Əkbər Həsənov və digərlərinə qarşı Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşıMübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1, 179.3.2, 308.2 və313-cü maddələri ilə açılmış cinayət işi) “istinad” etməklə yazılan məlumatlar tamamilə ağ yalan və cinayət işinin materiallarında olan mötəbər sübutların əks ifadəsindən, onların açıq şəkildə, qərəzli olaraq təhrif edilməsindən başqa bir şey deyildir.
Açıq məhkəmə prosesi davam edən cinayət işinin materialları ilə səthi də olsa tanış olan hər bir şəxs bilir ki,külli miqdarda (451000 (dörd yüz əlli bir min) manat məbləğ) mənimsəmə və israfetmə, o cümlədən də vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı cinayətlərində ittiham edilən şəxslər – İlqar Hacıyev, Əkbər Həsənov və digərləri H.Bağırovun işlədiyi dövrdə deyil, onun tutduğu vəzifədən ayrıldıqdan sonrakı (sabiq nazir tutduğu vəzifədən 2018-ci ilin aprel ayında ayrılmışdır) dövrdə - 2018-ci ilin may ayından həmin ilin dekabr ayınadək, xüsusilə də həmin ilin avqust(92989.16 (doxsan iki min doqquz yüz səksən doqquz manat, on altı qəpik) manat), sentyabr(111531.85 (yüz on bir min beş yüz otuz bir manat səksən beş qəpik) manat), oktyabr (123 418.58 (yüz iyirmi üç min dörd yüz on səkkiz manat əlli səkkiz qəpik) manat)və noyabr (92 865.60 (doxsan iki min səkkiz yüz altmış beş manat altmış qəpik) manat)aylarında törətdikləri cinayətlərə görə təqsirləndirilməkdədirlər.
2. Qeyd edilməlidir ki, yuxarıda qeyd edilən cinayət işi üzrə 5 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Həmin şəxslərdən Əkbər Həsənov və İlqar Hacıyev ibtidai istintaq dövründə istintaqı həyata keçirən quruma vurduqları ziyanı ödəmək üçün ərizə ilə müraciət etmiş və möhlət istəmiş, Əkbər Həsənov dövlətə vurduğu ziyanı ərizədə göstərdiyi müddətdə ödəməsinə baxmayaraq İlqar Hacıyev ərizə ilə üzərinə götürdüyü öhdəliyini vaxtında icra etməmişdir. Məhz bundan sonra İlqar Hacıyev barəsində həbs qətimkan tədbiri, digər təqsirləndirilən şəxslər barəsində isə daha yüngül qətimkan tədbirləri seçilmişdir. Başqa sözlə bu günki gündə barələrində həbs qətimkan tədbiri seçilməmiş digər təqsirləndirilən şəxslərin məsuliyyətdən azad edilməsindən hər hansı bir söhbət getmir.
3. Barəsində böhtan xarakterli məlumatlar yayılan H.Bağırov tərəfindən İ.Hacıyev barəsində Xüsusi İttiham Qaydasında Şikayətlə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət edilmiş və İ.Hacıyevin AR Cinayət Məcəlləsinin 147.2-ci maddəsi (ağır və ya xüsusulə ağır cinayətdə ittiham etməklə böhtan atma) ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Babək Pənahovun sədrliyi ilə keçirilən açıq məhkəmə prosesində çıxış edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş İ.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsində verdiyi ifadələrdə və kütləvi informasiya vasitələrində yaydığı məlumatlarda H.Bağırova böhtan atdığını etiraf etmiş, H.Bağırovu dürüst, vicdanlı, peşəkar və şəffaf bir nazir kimi tanıdığını bildirmiş, Bakı Ağır Cinayətlərdə Məhkəməsində H.Bağırov barəsində dediyi yalan və böhtan xarakterli fikirləri özünün meydanda tək qalması, çarəsiz və köməksiz olması, başqa çıxış yolunun olmadığını, bu yolla cəmiyyətdə təmiz və vicdanlı insan kimi tanınan H.Bağırovdan bəlkə kömək ala biləcəyini və məsuliyyətdən kənarda qalacağını düşünərək dediyini göstərmiş, heç vaxt sabiq nazirlə görüşmədiyini, ondan hər hansı bir tapşırıq almadığını məhkəmənin nəzərinə çatdırmış və dediyi yalan və böhtanlara görə H.Bağırovdan üzr istəmişdir. H.Bağırov isə öz növbəsində yüksək humanistlik göstərərək İ.Hacıyevin üzrxahlığını qəbul etmiş və onu bağışlamışdır.
Bu yerdə o da qeyd edilməlidir ki, İlqar Hacıyev barəsində H.Bağırov tərəfindən 07 sentyabr 2020-ci il tarixində xüsusi ittiham qaydasında şikayətlə Nəsimi rayon Məhkəməsinə müraciət edilmişdir. İş üzrə təqsirləndirilən İ.Hacıyev isə dövlətə vurduğu və ibtidai istintaq zamanı ödəməyi yazılı ərizə ilə üzərinə götürdüyü ziyanı (151 000 (yüz əlli bir min) manat) məhz sabiq nazir H.Bağırov tərəfindən onun barəsində xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edildikdən sonra ödəmişdir.
4. Nəsimi rayon Məhkəməsinin hakimi Babək Pənahov tərəfindən qəbul edilmiş 13.10.2020-ci il tarixli Qərara istinad etmiş bəzi mətbuat orqanları yenə də həmişəki kimi Qərardakı müəyyən sözləri konteksdən çıxararaq öz istədikləri kimi cəmiyyətə çatdırmağa çalışmışlar. Halbuki, Qərarda qeyd edilir ki, İ.Hacıyev tərəfindən H.Bağırov barəsində atılan böhtanlar başqa məhkəmənin gedişatında deyildiyi üçün həmin məhkəmə tərəfindən bu məsələlərə qiymət verilmə imkanı qaldığından və həmin iş üzrə hələ yekun qərar qəbul edilmədiyindən indiki halda H.Bağırovun şikayətinə baxılması davam etdirilə bilməz. Bu nə deməkdir? Bu deməkdir ki, AR Cinayət Prosessual Məcəlləsinin 91.7-ci maddəsində qeyd edilir ki,Təqsirləndirilən şəxsincinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkməsi onun üçün məsuliyyət yaradır.
Belə ki,Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin90.9 və 91.7-ci maddələrinin şərh edilməsinə dair” 14 oktyabr 2019-cu il tarixli Qərarına əsasən “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 91.7-ci maddəsinin “Cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar istisna edilməklə” müddəasıtəqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin cinayətdə iştirakı barədə bilə-bilə yalan məlumatların verilməsini nəzərdə tutur. Belə hərəkət özünü müdafiənin qanuni üsulu kimi qəbul edilə bilməz və bu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296-cı maddəsi ilə bilə-bilə yalan xəbərçilik etmə cinayətinə görə məsuliyyət yaradır”.
Göründüyü kimi İ.Hacıyev H.Bağırov barəsində böhtan xarakterli mlumatları təqsirləndirildiyi cinayət işinin gedişatında səsləndirdiyi və yaydığı üçün elə onun bu ifadələrinə Bakı Ağır Cinayətlər Məhkəməsinin özü tərəfindən də qiymət verilə bilər və verilməlidir. Əks halda H.Bağırov yenidən xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmək hüququnu yenə də özündə saxlayır.
5. Nəzərə alınmalı digər bir məsələ isə ondan ibarətdir ki, kütləvi informasiya vasitələrində Nəsimi rayon Məhkəməsinin 13.10.2020-ci il tarixli Qərarı ilə bağlı dərc edilmiş hissənin özündə belə məhkəmə tərəfindən səhv hüquqi nəticəyə gəlinmişdir.
Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 saylı qərarının 5-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində vəya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun.Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür.
İ.Hacıyev tərəfindən də H.Bağırov barəsində deyilmiş sözlər kütləvi çıxışlarda (açıq məhkəmə iclaslarında) deyilmişdir ki, bunu da həmin çıxışı eşidən şəxslər (jurnalistlər və digər şəxslər) işıqlandırmışlar. Bu məsələnin isə məhkəmənin qeyd etdiyi kimi sübut edilməsinə hər hansı bir ehtiyac yoxdur.
Anar Rzayev
Hüseynqulu Bağırovun hüquqi təmsilçisi
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin