BURADA REKLAMINIZ OLA
BİLƏR

“Üç saat icazə alıb evindən çıxır, onun da iki saatını tıxacda dayansa...” - Deputat

“Bakı şəhərində polis postlarının azlığına, vətəndaşların tıxacda incidilməməsinə görə müvafiq idarəyə təşəkkür edirəm. Doğru qərardır, hər tərəfdə post yaradıb, tıxac yaratmağa ehtiyac yoxdur. 3 saat icazə alıb evindən çıxır, onun da iki saatını tıxacda dayansa, nə mənası. Bir daha təşəkkür edirəm və bildirim ki, xidmətlərin təkmilləşməsini gördükcə ürəyim fəxrlə dolur. Bizim xalqımız gözəl xalqdır, hər dildən başa düşür. Dilini tapmaq lazımdır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Razi Nurullayev deyib.

 

“Fiziki şəxslər üçün cərimələrin olmamasını alqışlayıram. Vəzifəli və hüquqi şəxslər üçün cərimələrin artırılmasını isə bəyənə bilmirəm, təklif etdiyim düzəliş olmasa, üzürlü sayın ki, əleyhinə səs verəcəm. Sahibkarlara birinci dəfə ciddi xəbərdarlıq edək, sonra isə cərimə. Şans verək. Çox şans vermişik də deməyək. Allah-təala tövbə qapısını hər zaman açıq qoyub. 80 yaşında belə günahlarınla içəri girib, günahsız çıxa bilirsən. Qaydanı pozanlar da imkanlı və arxalı adamlardır, bəzən heç onların darvazasını döyən də yoxdur. Kiçik kafe sahiblərini 2-3 manatlıq çaya görə o qədər cərimələmək evini yıxmaq deməkdir. Qoy birinci dəfə xəbərdarlıq olsun və sabah cərimə olunanda üstümüzə gəlməsin ki, küməmi yıxdınız, balalarımı ac qoydunuz. Mən bütün vətəndaşlarımıza müraciət edirəm.  Xahiş edirəm ki, qaydalara əməl edin, özünüzü qoruyun və dövlətimizi də çıxılmaz vəziyyətdə buraxmayaq” – R.Nurullayev qeyd edib.

Tarix: 18 Dekabr 2020, 19:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin