BURADA REKLAMINIZ OLA
BİLƏR

FHN-nin Zığda yerləşən modul tipli hospitalı ilə bağlı SENSASİON AÇIQLAMA

“Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Zığda yerləşən modul tipli hospitalı 2 277 çarpayılıqdır. Bu hospital Azərbaycanda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan ən böyük xəstəxanadır. Orda baş verən heç bir hadisəni gizlətmək mümkün deyil”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Qubad İbadoğlu deyib.

 

“ABŞ-da yaşayan dostlardan onların qohumlarının təcili yardım həkimlərinin  vasitəçiliyi 500 manat pulun müqabilində Zığda hospitala yerləşdirildiyini eşitmişəm. Eyni zamanda deyirlər ki, həmin hospitalda ölüm əmsalı  daha yuxarıdır. Danışırlar ki, dərman təchizatında problemlər vardır, dərmanlar dəllallar vasitəsilə dəfələrlə baha qiymətə satılır. Mətbuatda yazırlar ki, COVİD-19  testləri monoöpoliyadadır. Bütün bunlara görə də sosial şəbəkələrdə  xəstəxanalara getmək risklidir deyə təbliğat aparılır. Mən bunun əleyhinəyəm. Hesab edirəm ki, problemin həlli xəstəxanalarda  getməkdən imtinada deyil, hospitallardakı vəziyyəti düzəltməkdədir. Səhiyyə sahəsində dövlət sifarişlərini gizlədib, ölkəyə gətirilən tibb avadanlıqlarının, dərman preparatlarının və ləvazimatlarının satışından  milyonlarIa dollar qazananları ifşa etməklə biz baş verən neqativ halların qarşını ala bilərik. Bu neqativ hallar sonda insanların həyatını itirməsinə gətirib çıxarır. Bu yolverilməzdir. Odur ki, bir daha TƏBİB-i, FHN, Səhiyyə Nazirliyini və Baş Prokurorluğu birgə bəyanat verməyə çağırıram. Ola bilər ki, qəza olub, ölən və yaralanan yoxdur, amma nəysə baş veribsə, mütləq əhali məlumatlandırılmalıdır. Bu hər bir hökümətin xalq qarşısında birinci məsuliyyətidir. Müharibə bitdi, cənablar, mülki həyatda baş verənlərə dair dəqiq-dürüst məlumat verin!” – Q.İbadoğlu qeyd edib.

Tarix: 18 Dekabr 2020, 19:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin