BURADA REKLAMINIZ OLA
BİLƏR

“Utanmadan “əşşi onsuz da 7 rayonu qaytaracaqdılar” yanaşması ilə ürək bulandırırlar”

“Azərbaycan-Ermənistan sərhədində baş verənlər, Ermənistanın son 26 ildə heç bir beynəlxalq hüquqa sığmayan davranışları, işğal etdikləri vətən torpaqlarımızdan eninə-boyuna istifadə etmələri, yollar, körpülər tikmələri bir daha sübut edir ki, işğalçı Ermənistanın heç vaxt öz xoşu ilə keçmiş Dağlıq Qarabağ ətrafındakı 7 rayonu qaytarmaq fikri olmayıb. Yəni, danışıqları uzatmaqla birinci Qarabağ savaşından sonra işğal etdikləri torpaqları “özününküləşdirirdi”. Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Laçın və Kəlbəcərdə qurduqları istehkamlar, davranışları ilə Ermənistan sərhədlərini faktiki olaraq Goranboy, Tərtər, Ağcabədi, Beyləqana qədər uzatmışdılar”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli deyib.

 

N.Cəfərli qeyd edib ki, ermənilər 26 ildir, sərhədin bu rayonlardan başlandığına inanaraq elə davranıblar, gündəlik həyatlarını yaratdıqları yeni “reallığa” görə qurublar: “Bizim 44 günlük Vətən savaşında möhtəşəm hərbi qələbəmiz tək torpaqlarımızı işğaldan azad etmədi, həm də Ermənistanın qurduğu “dünyanı” başlarına yıxdı. İndi ona görə Qafanda sərhəddin dəqiqiləşdirilməsini faciə kimi görürlər, halbuki orada beynəlxalq hüquq bərpa edilir, sərhədlər müəyyənləşdirilir. Sərhəd dəqiqləşməsini normal qarşılaya bilmirlər, çünki 26 il başqa dünyada yaşayıblar. Son sərhəd məsələsi bir daha əsgərimizin və ordumuzun nə qədər böyük bir iş gördüyünü sübut etdi, içimizdəki bəzi “ağzıgöyçəklərə” də dərs oldu, hələ də utanmadan, “əşşşi onsuz da 7 rayonu qaytaracaqdılar da”, yanaşması ilə ürək bulandırırlar. Qaytarmayacaqdılar, fikirləri belə yox idi, Əsgərin bilək gücü olmasaydı, 7 rayonun danışıqlarla qayıtması mümkün deyildi, çünki onun bədəli qondarma qurumun müstəqilliyinin tanınması, Azərbaycan-Ermənistan sərhəddini isə ermənilərin istədikləri kimi cizməsi olacaqdı. Allah Əsgərimizi və Ordumuzu qorusun!”

Tarix: 19 Dekabr 2020, 22:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin