BURADA REKLAMINIZ OLA
BİLƏR

“Son zamanlar zibil qablarından yemək axtaranların sayı artıb”

"Yasamal, Nərimanov, Səbail kimi rayonlarda icra başçısı olsaydım, ilk görəcəyim işlər arasında mütləq bu iki iş olardı: Küçədə qalan evsiz insanlar üçün ən azından qışda isinəcəkləri bir neçə sığınacaq, çadır təşkil edərdim, rayonun müxtəlif yerlərində küçə heyvanlarının, xüsusilə pişiklərin üşüməməsi üçün kiçik sığınacaqlar qoyardım”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ictimai fəal Bəxtiyar Hacıyev deyib.

 

“Dünən gecə evsiz bir adamın küçədə necə pərişan oturduğunu gördüm (yeri gəlmişkən, son zamanlar zibil qablarından yemək axtaranların sayı artıb), bu səhər də bir pişiyin soyuqdan nə günə düşməsini. Bakının bir rayonunda nə qədər evsiz insan olar ki, onlar üçün hər rayonda heç olmasa, bir sığınacaq olmasın? Əminəm ki, villa tikməkdən asandır bunları etmək” – B.Hacıyev qeyd edib.

Tarix: 19 Dekabr 2020, 23:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin