BURADA REKLAMINIZ OLA
BİLƏR

Qubad İbadoğlu: “Arxa cəbhədə əsgərlərə yardım kampaniyası davam etdirilməlidir”

“Azərbaycan ordusunun dislokasiyası genişlənib, hazırda əsgər və zabitlərimiz Ermənistanla sərhədləri qorumaqla yanaşı işğaldan azad edilmiş bütün rayonlarda gecə-gündüz torpaqlarımızın keşiyində durur. Yeni ərazilərdə məskunlaşma çox çətin iqlim şəraitdə və mürəkkəb relyefdə baş verir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubadoğlu deyib.

 

Q.İbadoğlu qeyd edib ki, sosial şəbəkələrdə dərc edilən videolara görə, əsgərlərin yaşayış təminatı, ərzaq və qeyri-ərzaq təchizatında çətinliklər var: “Bu çətinliklərin öhdəsindən gəlmək üçün təklif edirəm:

1) Aidiyyatı dövlət  orqanları köhnə qaydalarla deyil, yeni və daha çevik idarəetmə üsulları ilə işləməlidir.

2) Bu sahədə görülən işlərə dair Prezident müdafiə və dövlət təhlükəsizliyi, hüquq mühafizə və prokurorluq orqanlarının rəhbərləri ilə qapalı müşavirə keçirməli, mövcud durumu dəyərləndirib və müvafiq tapşırıqlarını verməlidir.

3) Özəl bölmə hərbidə mülki təchizat işlərinə cəlb edilməlidir, onların dəstəyi ilə daşına bilən və sanitar qovşağı ilə təchiz olunmuş  evlər, yataq və geyim dəstləri, yanacaq materialları, dərman və tibbi ləvazimatlar, ərzaq və qeyri-ərzaq məhsulları planlı və sistemli şəkildə işğaldan azad olunmuş ərazilərdə formalaşmış yeni hərbi hissələrə çatdırılmalıdır.

4)  Arxa cəbhədə əsgərlərə yardım kampaniyası davam etdirilməli, evlərdə əsgərlər üçün isti əlcək, corab, papaq, şərf və digər zəruri geyim vasitələri hazırlanmalıdır.

5)  Hər bir səviyyədə (dövlət, sahibkar, bələdiyyə, ictimai birliklər, vətəndaşlar) şəhid, qazi, əsgər ailələrinə mənəvi diqqət və sosial qayğı artırılmalıdır.

 

Mətbuatdan da məlumat alırıq ki, Ermənistana və Qarabağda yaşayan ermənilərə hər gün müxtəlif ölkələrdən humanitar yardım göndərilir. Bunu edən əsasən erməni diasporasının nümayəndləridir. Odur ki, xaricdə fəaliyyət göstərən Azərbaycan diaspora təşkilatları da bu sahədə əməli işə keçməlidir. Xarici ölkədəki səfirliklər, Disporla İş Komitəsi loğistika və daşınma  problemlərin həllinə yardım edərlərsə,  hesab edirəm ki, xaricdə yaşayan soydaşlarımız da bu işə töhfə verə bilərlər”.

Tarix: 20 Dekabr 2020, 00:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin