BURADA REKLAMINIZ OLA
BİLƏR

Ramiz Rövşənin oğlu: “Bu məsələ özünü reklam etmək məsələsi olmadığına görə...”

“Baxıram, əksər dostlar məni ev hədiyyə olunması ilə bağlı statuslara (Sosial şəbəkədə-red) münasibət bildirməyə dəvət ediblər. Əslində, Ramiz Rövşən özü münasibət bildirib. Əlavə olaraq yazım ki, bir neçə gün bundan qabaq Ramiz Rövşən ehtiyacı olan bir şəhid ailəsinin evlə təmin olunması üçün dövlətə müraciət edib”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Xalq şairi Ramiz Rövşənin oğlu Rövşən Əliyev deyib.

 

R.Əliyev bildirib ki, ailə də çox qısa zamanda evlə təmin olunacaq: “Bu məsələ özünü reklam etmək məsələsi olmadığına görə ictimailəşdirilməsini uyğun bilməmişdi. Bu gün isə ehtimal ki, bəzi adamlar haradansa məsələni ucundan-qulağından eşidib və "Ramiz Rövşən ona hədiyyə olunan evi hədiyyə etdi" kimi statuslar yazıblar”.

 

Tarix: 20 Dekabr 2020, 09:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin