BURADA REKLAMINIZ OLA
BİLƏR

“YAŞAT”ın iclası ilə bağlı tənqidlərə cavab: “Nə fəxri adlar paylanırdı, nə medal, nə də zərfdə pul...”

Dekabrın 19-da "YAŞAT" Fondu “Zoom” vasitəsi ilə müəyyən qədər auditoriyası olan sosial şəbəkə fəallarını iclasa dəvət etmişdi, hardasa 30 nəfər.

 

Məqsəd Fondun xahişi idi ki, bizim vasitəmizlə "YAŞAT"-ın fəaliyəti haqda ictimaiyətə mümkün qədər çox məlumat verilsin.

 

"YAŞAT" necə işləyəcək, hər bir qazinin, yaralının, şəhid ailəsinin şəxsi kabineti necə qurulacaq, vəsaitlərin xərclənməsinin şəffaflığı necə təmin olacaq, ianələri necə etmək olar və s. Yəni, bu idi məqsəd, istək bu idi ki, Fondun fəaliyətini maksimal dərəcədə açıq etmək və əhalini bilgiləndirmək.

 

“Zoom” vaxtı nə fəxri adlar paylanırdı, nə medal, nə də zərfdə pul. Heç vəzifə də vermirdilər.

 

Sadəcə, düz üç saat informasiya atəşinə tutdular ki, rica edirik, öz imkanlarınız çərçivəsində çatdırın bunları müharibədən qayıdanlara və qayıtmayanların ailələrinə.

 

Xoş bir niyət deyilmi? Amma nəticədə nə oldu?

 

Səhərdən mənə linklər göndərirlər, lağlağıdan tutmuş, qəzəbə qədər ki, niyə filankəs var idi o “Zoom”da, filankəs yox idi. Görüşün məqsədi qaldı bir kənarda, ənənəvi qeybət başladı.

 

Heyf. Çox sinəmə döyürdüm ki, müharibə bizi birləşdirdi, biz artıq birik, bir hədəfə vururuq, xalq olaraq vahidik, pis xüsusiyətlərimiz arxada qaldı, onlar nə vaxtsa, məğlub olduğumuzun nəticələri idi-filan. Amma əfsuslar...

 

Nə deyim, açığı məyus oldum, amma belə şeylərə vaxt sərf etməyə dəyməz.

 

Əsas məsələ odur ki, hər birimiz “YAŞAT” Fonduna yardım edək, buna yönəlməlidir səylərimiz.

Həm yardım etməliyik, həm də daim Fondun fəaliyətini nəzarətdə saxlamalıyıq. Bu mövzularda həmişə informasiya dəstəyi verməyə hazıram.

 

O ki qaldı belə iclaslarda iştirak etməyə, məmuniyyətlə öz yerimi təqdim edə bilərəm digərlərinə, sonra mənə danışarlar, mən də paylaşaram, inciliksiz-filansız...

 

Azər Qərib

Fotoları təqdim edirik
Tarix: 20 Dekabr 2020, 22:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin