Rusiyanın prezidenti Vladimir Putin Dağlıq Qarabağda Rusiya sülhməramlıların sayının artırılmasının mümkünlüyünü istisna etməyib.
Dekabrın 17-də V.Putin keçirilən ənənəvi illik mətbuat konfransında bildirib ki, bu tərəflərin razılığı ilə mümkündür.
Üçtərəfli bəyanata əsasən Laçın dəhlizində və Dağlıq Qarabağda 2 minədək Rusiya sülhməramlıları yerləşdirilib. Azərbaycanda müxalifət, müstəqil dairələr Rusiya silahlı kontingentinin Qarabağa yerləşdirilməsini ölkənin suverenliyinə təhdid hesab edirlər.
Belə olan halda, Rusiya sülhməramlı kontingentinin sayının artırılmasını istəyərsə Azərbaycanda buna reksiyalar necə ola bilər?
Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin sədr müavini, hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Aydın Mirzəzadə hesab edir ki, Qarabağda Rusiya sülhməramlıların sayının artırılmasına ehtiyac yoxdur. Deputatın “Turan” İnformasiya Agentliyinə bildirməsinə görə, Azərbaycan buna ehtiyac duymur:
«Torpaqların böyük hissəsi işğaldan azad olunub, bu gün 10 noyabr sazişinində nəzərdə tutulmuş məsələlər ardıcıl şəkildə yerinə yetirilir və sülhməramlıların artırılmasına ehtiyac yoxdur».
Amma parlament üzvü qeyd edib ki, Rusiya sülhməramlıların Qarabağ bölgəsində yerləşməsini Azərbaycan suverenliyinə təhdid kimi qəbul etmək doğru deyil:
«Birincisi, Qarabağ ərazisində Rusiya silahlı qüvvələri deyil, Rusiya sülhməramlılarıdır. Sülhməramlıların vəzifəsi hansısa bir obyekti qorumaq və ya yaxud münaqişə tərəflərin arasında durmaqdır. Dünyada digər ölkələrin praktikasından fərqli olaraq Azərbaycanda sülhməramlıların konkret müddəti ( 5 il ) göstərilib. Bu müddət ərzində sülhməramlılar onların üzərinə düşən vəzifəni yerinə yetirəcəklər».
A.Mirzəzadənin fikrincə, Rusiya sülhməramlıları artıq bir aydan çoxdur ki, Azərbaycan ərazisindədilər və bu Dağlıq Qarabağ probleminin birdəfəlik həllinə müsbət təsir göstərib:
«Bu gün artıq Ermənistanın Azərbaycan torpaqlarına iddasına son qoyulur. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin status məsələsi gündəlikdə yoxdur”
Onun sözlərinə görə, bu ara bir neçə dəfə Ermənistanın təxribatının qarşısı məhz Rusiya sülhməramlıların qarışması nəticəsində alınıb:
“Əgər Rusiya sülhməramlıları olmasaydı fikrimcə 10 noyabr sazişi təhlükə altında qalardı”
A.Mirzəzadə hesab edir ki, eyni zamanda bunu tarazlayan qüvvə var:
“O da Türkiyə silahlı qüvvələrinin nümayəndələri və Monitorinq Mərkəzində Rusiya hərbçiləri ilə birlikdə fəaliyyət göstərmələridir. Bu, qüvvələrin tarazlaşmasına və problemin dörd ölkə arasında – Azərbaycan, Ermənistan, Türkiyə və Rusiya arasında həll edilməsinə şərait yaradır».
Deputat Türkiyə silahlı qüvvələri ilə də bağlı bunları deyib:
«10 noyabr sazişi müzakirə olunanda variantlardan biri ondan ibarət idi ki, sülhməramlı postunda yanaşı Rusiya və Türkiyə nümayəndələri duracaq. Amma sonra belə qərara gəlindi ki, orada Rusiya nümayəndələri durur. Ayrı bir Monitorinq Mərkəzi yaradılır və orada Rusiya və Türkiyə hərbiçiləri olacaq (Azərbaycan rəsmilərinin bildirməsinə görə, bu Mərkəz Dağlıq Qarabağa bitşik, Ağdam rayonunda yerləşəcək). Türkiyə hərbçiləri postlarda durmayacaq. Onlar sazişin necə yerinə yetirildiyinə nəzarət edəcəklər».
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
Ən son xəbərləri səhifəmizdən də izləyin