BURADA REKLAMINIZ OLA
BİLƏR

Vaqif Ucatay vəfat etdi

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının və Əzim Əzimzadə adına Rəssamlıq Kollecinin müəllimi, tanınmış rəssam Vaqif Ucatay vəfat edib.

 

Pravda.az-ın xəbərinə görə, V.Ucatay ötən gün 65 yaşında dünyasını dəyişib.

 

Qeyd edək ki, Vaqif Ucatay 22 iyun 1955-ci ildə Şabran (o zamankı Dəvəçi -red) rayonunun Təkyə kəndində anadan olub.

 

O, 1993-cü ildən vəfat edənə qədər Əzim Əzimzadə adına Rəssamlıq Kollecində və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub.

 

Vaqif Ucatay əsərlərində milli ənənələri yaşadan rəssam olub. 2009-cu ildə azərbaycanlıların ermənilər tərəfindən soyqırımına həsr edilmiş 33 rəsmdən ibarət fərdi sərgisi keçirilib.

 

Allah rəhmət eləsin!

Tarix: 21 Dekabr 2020, 00:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin