BURADA REKLAMINIZ OLA
BİLƏR

Zaur Baxşəliyevin Şuşadakı evindən VİDEO

Aparıcı Zaur Baxşəliyev Şuşada olan evinin görüntülərini paylaşıb.

Pravda.az xəbər verir ki, o paylaşımına bu şərhlə aydınlıq gətirib:

"Doğulduğum ev, bütün ilklərimi yaşadığım ocaq.İlk dəfə dünyaya burada göz açdım, adım bu evdə qoyuldu,bu evdə ilk addımımı atdım,ilk dəfə bu evdə iməklədim. İlk dəfə bu evdə yıxıldım,ağladım. İlk sevinclərim,ilk kədərlərim, yazıq- yazıq elədiyim ilk lövhəm bu evin divarları oldu.

Bu evdə ilk dəfə qaynar qazana düşüb yandım,ilk ağrıma bu ev şahid oldu. məktəbə ilk dəfə bu evdən getdim,dalaşıb,barışıb,küsüb,ağlayıb,beş alıb,iki alıb,dərsdən qaçıb,döyüb,döyülüb bu evə sığındım. 11 yaşıma qayıtdım,tamam yadımdan çıxmış xatirələrim gəldi gözümün önünə, elə bilirdim unutmuşam.

Bəlkə kimin üçünsə bu ev 4 otaqlı bir mənzildir,ancaq mənə görə bu ilklərimin yaşandığı saraydır. Faton televizorumuz,çexski zoğalı stenkamız,magintafonumuz,hər şey gəldi göz önümə. Nənəmi,xalalarımı bu evdə nə qədər incitmişik,heç kim bizim dəcəlliyimizdən bu evə gəlmək, bizimlə qalmaq istəmirdi.

Nənəm bizdən Tərtərə öz evinə qayıdanda mamama deyirdi ki ,Ağdamın dörd yoluna çatanda arxaya baxıram ki, birdən uşaqların gələr. Bu ev bizim öz qalamız idi, heç kimlə paylaşmaq istəmirdik.

İndi başa düşürəm ki,sən demə bu dəcəllik deyilmiş,biz sadəcə evimizi heç kimlə paylaşmaq istəmirdik. Yenə də özümüzə qayıtdın ilk sarayım,doğulduğum ev."Big.az

 

 


Tarix: 21 Dekabr 2020, 11:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin