BURADA REKLAMINIZ OLA
BİLƏR

"Dövlət hamıya yardım edə bilməyəcək..."

Müharibə zamanı insanlar öz şəxsi problemlərini unudub yalnız Qələbəni gözləyirdilər.

 

Müharibə Qələbə ilə bitdi və yenidən iqtisadi problemlər, insanların maddi durumu ön plana çıxdı.

 

Mən yazılanlarla tam razıyam. Nə dükanım var, nə restoranım, amma mənim ətrafımda ticarətdə çalışan xeyli insan var.

 

Sual verirlər, suala cavab ala bilmirlər. Çəkməçi deyir ki, gündə bir müştərim olar-olmaz, məni bağlayıblar. Saatsaz da onu deyir, təkər yamayan da, satıcı da, dükan sahibi də. Marketlərdə isə izdiham yaşanır.

 

Əfsuslar olsun ki, Operativ Qərargahın ictimaiyətlə əlaqələrində hələ də boşluqlar var. Hamı məntiq istəyir, ya izah edin bəzi qadağaları, izahı yoxdursa ləğv edin.

 

Biznes çöküb, dövlət hamıya yardım edə bilməyəcək, ona görə optimal qərarlar olmalıdır ki, dövlət də biraz yüngülləşsin. Karantin öncəsi cümə günü şəhərdə xaos yarandı, hər yerdə millət axını, hamı ağız-ağıza, məgər öncəki praktika heç nəyi öyrətmədimi, niyə unuduldu ilin əvvəlində TƏBİB tövsiyələrinin nəticələri?

 

Pandemiya baş alıb gedir, o doğru. Amma o da doğru ki, ac-yalavac adamın gözünə nə pandemiya görünür, nə də başqa şey, bu haqda hələ ilk karantin vaxtı deyirdi insanlar.

 

Azər Qərib

Tarix: 21 Dekabr 2020, 18:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin